İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da sənaye istehsalı kəskin azaldı, işsizlik artdı

391 16.11.2023 19:01 Dünya A A

ABŞ-da sənaye istehsalı oktyabrda əvvəlki ayla müqayisədə 0,6 faiz azalıb. Federal Ehtiyat Sistemi açıqladığı məlumatdan aydın olur ki, bu, son on ayda göstəricinin maksimum azalmasıdır.

Musavat.com xəbər verir ki, "Trading Economics" analitikləri orta hesabla 0,3 faiz azalma proqnozlaşdırmışdılar.

Yenidən işlənmiş məlumatlara görə, sentyabr ayında sənaye istehsalı 0,3 faiz deyil, 0,1 faiz artıb.

ABŞ Əmək Nazirliyinin hesabatına görə, ilk dəfə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı keçən həftə 13 min artaraq 231 minə çatıb. Bu, demək olar ki, üç ayın ən yüksək səviyyəsidir.

Yenidən işlənmiş məlumatlara görə, bir həftə əvvəl bu rəqəm 218 min olub.

"Trading Economics" analitikləri orta hesabla əvvəlki həftənin əvvəl elan edilmiş səviyyəsindən 220 minə qədər artım gözləyirdilər.

"MarketWatch" analitikləri isə göstəricinin 222 minə yüksələcəyini proqnozlaşdırmışdılar.

Noyabrın 4-də sona çatan həftə üçün ölkə üzrə işsizlik müavinəti alan amerikalıların sayı 1.865 milyona yüksəlib. Göstərici ardıcıl səkkizinci həftə artıb və indi təxminən son iki ildə ən yüksək səviyyədədir.

Qeyd edək ki, ABŞ iqtisadiyyatına dair neqativ xəbərlər, bu ölkədə neft ehtiyatlarının artması dünya neft bazarında qiymətlərin düşməsi ilə müşayiət olunur. Belə ki, iyul ayından bəri ilk dəfə Brent nefti 78 dollardan aşağı ticarət olunmağa başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR