İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da neft ehtiyatları azaldı, qiymətlər artdı

392 18.01.2024 22:24 Dünya A A

ABŞ-da kommersiya neft ehtiyatları keçən həftə 2,492 milyon barel azalıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. Analitiklər orta hesabla 313 min barel azalma proqnozlaşdırırdılar.

Benzin ehtiyatları 3,08 milyon barel, distillatlar isə 2,37 milyon barel artıb. Mütəxəssislər orta hesabla benzin ehtiyatlarının 2,15 milyon barel, distillələrin isə 880 min barel artacağını gözləyirdilər.

Bu arada, Nyu-York Ticarət Birjasında (NYMEX) ticarət edilən xam neftin saxlandığı Cushing terminalında ehtiyatlar yanvarın 12-də bitən həftədə 2,1 milyon barel azalıb. Bu, ötən ilin sentyabrından bəri rekord azalmadır.

Neft qiymətlərini ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın Yəməndəki hədəflərə hücumlarını davam etdirdiyi, Pakistan və İranın raket zərbələri endirdiyi Yaxın Şərqdəki geosiyasi gərginliklər dəstəkləyir.

Bu gün ABŞ-da xam neft və neft məhsulları ehtiyatlarında həftəlik dəyişikliklərə dair məlumatların dərcindən sonra benchmark neft qiymətləri artmağa davam edib.

Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri 0,38 dollar (0,49 faiz) artaraq bir barel üçün 78,26 dollar olub.

Nyu-York əmtəə birjasında (NYMEX) fevral ayı üçün WTI neftinin qiyməti 0,84 dollar (1,16 faiz) bahalaşaraq 73,40 dollar təşkil edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR