İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da neft ehtiyatları azaldı, bazarda qiymətlər də...

548 28.12.2023 22:00 İqtisadiyyat A A

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə ərzində 6,9 milyon barel azalaraq dekabrın 22-nə 436,6 milyon barel təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 1 faiz aşağıdır.

ABŞ-da ehtiyatların azalması xəbəri neft bazarındakı qiymət enişinin qarşısını almayıb. Londonun ICE birjasında Brent markalı neftin mart fyuçersləri 0,6 faiz azalaraq 78,82 dollara, WTI markalı neftin fevral fyuçerslərinin qiyməti isə 0,59 faiz azalaraq 73,54 dollara enib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR