İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da neft ehtiyatları artıb

295 31.01.2024 22:23 Dünya A A

Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları 1,23 milyon barel artaraq 421,91 milyon barrelə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Energetika Nazirliyi açıqlayıb.

Məlumatdan aydın olur ki, ötən həftə ABŞ-da benzin ehtiyatları 1,16 milyon barel artaraq 254,13 milyon barel təşkil edib. Kommersiya distillat ehtiyatları isə 2,54 milyon barel azalaraq 130,79 milyon barelə düşüb.

Mütəxəssislər neft ehtiyatlarının 1,1 milyon barrel, benzin ehtiyatlarının 2 milyon barel artacağını və distillə ehtiyatlarının 1 milyon barrel azalacağını gözləyirdilər.

Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının artması dünya neft bazarı üçün mənfi siqnal hesab olunur və qiymətlərin enişinə səbəb olur. Lakin Yaxın Şərqdə baş verən proseslər fonunda bu amilin bazara real təsirinin olacağı az ehtimal edilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR