İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da inflyasiya azalıb

333 13.02.2024 19:31 Dünya A A

Yanvar ayında ABŞ-da istehlak qiymətləri (CPI) illik müqayisədə 3,1 faiz artıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Əmək Nazirliyinin yaydığı açıqlamada bildirilib.

"Trading Economics" tərəfindən verilən konsensus proqnoz inflyasiyanın 2,9 faizə qədər zəifləyəcəyini nəzərdə tuturdu. ABŞ-da enerji qiymətləri dekabrda 2 faiz azaldıqdan sonra keçən ay illik müqayisədə 4,6 faiz ucuzlaşıb. O cümlədən benzinin qiyməti 6,4 faiz azalıb.

Ərzaq xərclərinin artım tempi 2,7 faizdən 2,6 faizə, yeni avtomobillərin – 1 faizdən 0,7 faizə, geyimin – 1 faizdən 0,1 faizə, tibbi ləvazimatların - 4,7 faizdən 3 faizə, nəqliyyat xidmətlərinin 9,7 faizdən 9,5 faizədək azalıb.

Ərzaq və enerji xərclərini nəzərə almasaq, istehlak qiymətləri (əsas CPI indeksi) keçən ay aylıq bazda 0,4 faiz, illik bazada isə 3,9 faiz artıb. Analitiklər orta hesabla əsas CPI indeksinin dekabr ayı ilə müqayisədə 0,3 faiz, illik ifadədə isə 3,7 faiz artacağını proqnozlaşdırırdılar.

Federal Ehtiyat Sistemi ölkədə istehlak qiymətlərinin artım tempi ilə bağlı məlumatları diqqətlə izləyir ki, bu da pul siyasətilə bağlı qərarların qəbul edilməsində əsas amillərdən biridir. ABŞ Mərkəzi Bankının inflyasiya hədəfi 2 faizdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR