İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da iflas edən böyük bankın aktivləri satıldı

583 27.03.2023 11:30 İqtisadiyyat A A

ABŞ-da martın 10-da iflas edən “Silicon Valley Bank”ın aktivlərinə sahib olan “Silicon Valley Bridge Bank” satılıb.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiyası (FDIC) məlumat yayıb.

FDIC-in məlumatına əsasən, “Silicon Valley Bridge Bank”ın bütün aktivlərini və depozitlərini “First-Citizens Bank & Trust Company” əldə edib. Bu gündən etibarən “Silicon Valley Bridge Bank”ın bütün 17 filialı yeni “First-Citizens Bank & Trust Company”nin tərkibində işə başlayacaq.

Xatırladaq ki, ABŞ-ın böyüklüyünə görə 16-cı bankı olan “Silicon Valley Bank”ın iflası bütün dünya bank-maliyyə sistemində ciddi böhran qorxusunun yaranmasına səbəb olmuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR