İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Cənubi Qafqazı nəzarətə götürür? – Vensin səfərinə sərt şərh

347 16.02.2026 16:07 Son xəbər A A

ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana səfəri rusiyayönümlü media tərəfindən kəskin və ittihamedici tonla şərh edilib.

Musavat.com xəbər verir ki, Rusiyaya yaxın mövqeyi ilə tanınan “Politnaviqator” nəşri səfəri “ABŞ-nin Cənubi Qafqazı ələ keçirmə planının tərkib hissəsi” kimi təqdim edib.

Məqalədə iddia olunur ki, Vaşinqton regionda mövqelərini gücləndirərək həm İran, həm də Rusiyaya qarşı yeni geosiyasi platforma formalaşdırmağa çalışır.

Sayt yazır ki, Vensin səfəri Ermənistan və Azərbaycan rəhbərliklərinə siyasi dəstək nümayişi ilə yanaşı, regionun yeni təhlükəsizlik arxitekturasının ABŞ nəzarəti altında qurulmasına yönəlib. Xüsusilə Ermənistanla nüvə energetikası sahəsində imzalanmış memorandum və Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlıq sənədi “Politnaviqator” tərəfindən Moskvanın təsir dairəsinin daraldılması kimi qiymətləndirilir.

Məqalədə Ermənistanın sovet dövründən qalan atom elektrik stansiyasının gələcəyi və ABŞ texnologiyası ilə modul tipli yeni stansiyanın tikintisi planları da tənqid olunur. Nəşr bu layihəni həm maliyyə, həm də texnoloji baxımdan riskli adlandıraraq rəsmi İrəvanın Moskva ilə enerji bağlarını zəiflətdiyini iddia edir.

Azərbaycanla bağlı isə “Politnaviqator” Vaşinqtonun Bakıya regionda “əsas tərəfdaş” rolu verdiyini yazır. ABŞ-nin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini vurğulayan sənədlər, eləcə də enerji və müdafiə əməkdaşlığı planları nəşr tərəfindən regionda yeni güc balansının qurulması kimi təqdim olunur.

Məqalədə həmçinin Türkiyənin roluna xüsusi yer ayrılır və Ankara-Bakı xəttinin ABŞ strategiyasında mərkəzi mövqedə olduğu vurğulanır.

“Politnaviqator” iddia edir ki, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə “türk inteqrasiyası” prosesləri Vaşinqtonun dəstəyi ilə sürətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR