Səudiyyə Ərəbistanı və Küveyt ABŞ-nin “Azadlıq” adlı əməliyyat layihəsinə mane olan baza və hava məkanı məhdudiyyətlərini aradan qaldırıb.
Musavat.com xəbər verir ki, bu barədə WSJ məlumat yayıb. Bildirilir ki, bununla da ABŞ əməliyyatlarının yenidən başlaması üçün yol açılıb.
Nəşrə danışan bəzi mənbələr əməliyyatın artıq bu həftə başlaya biləcəyini iddia ediblər.
Eyni zamanda, BƏƏ-də vəziyyətin gərginləşdiyi bildirilir. Məlumata əsasən, Əbu-Dabi və Dubayda hava həyəcan siqnalları işə düşüb.
Həmçinin ABŞ qüvvələri İranın Bəndər-Abbas limanına zərbə endirib.
Musavat.com






