İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramoviç faciəsi: “Çelsi”nin satışından 1 funt belə ona vermədilər     

3543 08.05.2022 16:23 İdman A A

 İngilis klubunu 5,2 milyard dollara alan amerikalılar və 86 yaşlı isveçrəli kimdir?

İngiltərənin “Çelsi” futbol klubunda 20 illik Abromoviç dövrü mayın 7-də rəsmən başa çatıb. Rusiyalı milyarder Roman Abramoviç nəhayət ki, "Çelsi"ni satmaq məcburiyyətini gerçəkləşdirdi.  Məlumdur ki, Ukrayna müharibəsi səbəbindən İngiltərədə sanksiyalarına məruz qalan yəhudi oliqarx hətta  bu ölkədə yaşamaq hüququndan belə məhrum  edilib. Yəni  Abramoviç klubu tərk etmək məcburiyyətində qalıb.

“The World Street Journal”ın məlumatına görə, klub 4,3 milyard Britaniya funt sterlinqinə( 5,2 milyard dollar) satılıb. Beləliklə də, "Çelsi"nin tarixin həm də ən bahalı klubu olduğu da üzə çıxıb.

Satışdan əldə edilən 4,3 milyard iki hissəyə bölünəcək. 2,5 milyard funt sterlinq birbaşa  “Çelsi”nin səhmlərini almaq üçün istifadə olunacaq. Milyardlar Abramoviçin 1 funt-sterlinqinin istifadə edə bilməyəcəyi hesaba köçürüləcək. Sonra bu pul Ukraynanın xeyriyyə ehtiyaclarına sərf ediləcək. Ancaq bu yaxınlarda Böyük Britaniya hökuməti bu pulun bir hissəsini  ölkədə futbolun inkişafı üçün xərcləməyi də təklif edib.

Satışdan əldə edilən 1,75 milyard funt-sterlinq isə yeni sahibləri tərəfindən "Çelsi"nin inkişafı üçün investisiya kimi istifadə olunacaq.

Rus milyarder ingilis klubunu 2003-cü ildə 140 milyon funta ( 190 milyon dollara) alıb. Sonra da Abramoviç həm özü, həm "Çelsi"yə pul qazandırdı. Ulduz futbolçular aldı, ən uğurlu məşqçiləri klub rəhbərliyinə gətirdi. Nəticədə “Çelsi” ard-arda kuboklar qazanmağa başladı – İngiltərə Premyer Liqası, İngiltərə Kuboku, Çempionlar Liqası, Klublararası Dünya Çempionatına sahib oldu. Abramoviçin “Çelsi”yə demək olar ki, mümkün olan bütün titulları qazandırıb.  Məhz onun sayəsindədir ki, klubun qiyməti 25 dəfədən çox bahalaşıb.

Abramoviç “Çelsi”dəki bütün sərmayələrini kredit olaraq rəsmiləşdirib. Nəticədə klubun ona 1,6 milyard funt sterlinq borcu var. Daha doğrusu, ona yox, xüsusi fonda. Britaniya hökuməti ciddi şəkildə nəzarət edir ki, bu pullardan 1 funt belə rus oliqarxına çatmasın. Nəticədə Abramoviçin klubdakı itkisi 1,74 milyard funt sterlinq təşkil edir. Bu, yeni sahiblərin “Çelsi”nin daha da inkişafına sərmayə qoyacağı məbləğə bərabərdir...

Amma Abramoviç klubu satmaya bilməzdi. Əgər sövdələşmə baş tutmasaydı, komandaya lisenziya verilməyəcəkdi və “Çelsi” iflas olacaqdı.

“Çelsi”ni almaq üçün bir neçə iddiaçı var idi. Yekun siyahını İngiltərə hökuməti formalaşdırdı və nəticədə klub iki amerikalı və bir isveçrəliyə qismət oldu.

46 yaşlı Todd Boeli 4,5 milyard dollar sərvəti olan amerikalıdır. O, “Los Anceles Dodjers” beysbol klubunun, və “Los Anceles Leykers” basketbol klubunun ortaq sahibidir. Toddi Boeli  “Çelsi”ni satın almağı hamıdan çox və illər əvvəl də arzu edirdi. Məlum olub ki, o, 2019-cu ildə Abramoviçə  klubu satmaq üçün 3 milyard dollar təklif edibmiş, lakin rusiyalı iş adamı bu sövdələşməni qəbul etməyib.  

Klubun digər şəriki də amerikalı Mark Valterdir.  62 yaşında olan amerikalının sərvəti 3,9 milyard dollardır. O, Toddi Boelinin beysbol klubunda  şərikidir. 

İsveçrəli Hansyorq Vissin isə 86 yaşı var. O, ABŞ-da dərman və tibbi avadanlıqları biznesindən 5 milyard sərvət qazanıb. O, da Amerika vətəndaşıdır və Nyu Yorkda yaşayır.

 Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR