İnsanlara hürriyət, millətlərə istiqlal!

Abdulkadir Emin Önen: “Qarabağ işğaldan azad olunanda biz ağlayırdıq”  

720 21.09.2023 14:51 Siyasət A A

Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasına qatılan Türkiyə nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen beynəlxalq tədbir iştirakçıları qarşısında Türkiyə-Azərbaycan qardaşlığından bəhs edib.

Musavat.com xəbər verir ki, iki qardaş dövlətin ortaq kədərinin və sevincinin olduğunu vurğulayan natiq, “Qarabağ işğaldan azad olunanda biz ağlayırdıq. İkinci Qarabağ müharibəsindən sonra biz qələbəni birgə qeyd etmişik. Bu iki qardaş xalq arasında əlaqələr dünyada və regionda nümunədir”,- bildirib.

Türkiyəli qonaq deyib ki, biz bu gün qlobal çətinliklərlə üzləşirik: “Asiyada gözəl fürsətlər var ki, kövrək də olsa, addımlar atılsın. Türkiyə Asiyada yeni təşəbbüsləri həyata keçirir. Türkiyənin potensialı geosiyasi və qlobal əməkdaşlıq təşəbbüsünü irəli sürüb. Biz burada qarşılıqlı maraqları həyata keçirərək əməkdaşlıq etmə niyyətindəyik. Bu gün gündəliyimizdə çox vacib məsələlər var. Biz mədəni, sosial məsələlərlə bağlı dialoqun təşviqindən başlamalıyıq”.

 Natiq bildirib ki, Türkiyə bütün dünyada qaçqınları qəbul edən bir saylı ölkədir: “Miqrasiya məsələsi bir ölkənin səyləri ilə həll oluna bilməz. Bu mənada ehtiyac var ki, qaçqınlarla bağlı bütün ölkələr əməkdaşlıq etsinlər. Yardımla bağlı əməkdaşlığın inkişaf etdirilməsi vacibdir ki, uzunmüddətli inkişaf təmin olunsun”. 
O, parlament diplomatiyasını yumşaq güc kontekstində çox vacib nüans olaraq dəyərləndirdi: “Əsas məqsədimiz parlamentlərarası əlaqələri gücləndirməkdir”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR