İnsanlara hürriyət, millətlərə istiqlal!

AB Rusiyanın Avropa partiyalarını və mediasını maliyyələşdirməsinə qarşı hərəkətə keçdi

368 08.05.2024 21:19 Dünya A A

Avropa İttifaqı Rusiyaya Avropanın siyasi partiyalarını, qeyri-hökumət təşkilatlarını və medianı maliyyələşdirməyi qadağan etməyi planlaşdırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Euobserver” saytı məlumat yayıb.

Verilən informasiyaya əsasən, həmin məhdudiyyətlər 14-cü sanksiyalar paketində nəzərdə tutulub. Paketin 2024-cü ilin iyul ayına kimi qəbul edilməsi planlaşdırılır.

Sənəddə sözügedən tədbirlərin Avropa İttifaqının daxili işlərinə “zərərli müdaxilədən” qoruyacağı bildirilir. Eyni zamanda, ölkələr istisnalar edə biləcəklər, lakin bu barədə Avropa Komissiyasına məlumat verməli olacaqlar.

ABŞ kəşfiyyatının məlumatlarına görə, 2014-cü ildən 2022-ci ilə qədər Rusiya 24-dən çox ölkədə siyasi partiyaların maliyyələşdirilməsinə təxminən 280 milyon avro xərcləyib.

Həmçinin yeni sanksiyalar paketi Aİ limanlarına Rusiyanın mayeləşdirilmiş qazını üçüncü ölkələrə qəbul etməyi qadağan edir və Ukraynada oğurlanmış sənət əsərlərinin ticarətini əngəlləyir. Bundan əlavə, paket Rusiya aviasiyasına və mineral idxalına qarşı mövcud məhdudiyyətləri sərtləşdirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR