İnsanlara hürriyət, millətlərə istiqlal!

700 bal toplayan Şəbnəm danışdı: "Ən çətin suallar bu fəndən idi..."

5935 22.07.2024 19:57 Təhsil A A

Xəbər verdiyimiz kimi iyulun 7-də keçirilmiş qəbul imtahanında Xırdalan şəhər 2 saylı tam orta məktəbin məzunu Şəbnəm Novruzova 700 bal toplayıb. İmtahanın birinci mərhələsində 300 bal, 7 iyul keçirilən qəbul imtahanında isə bütün sualları doğru cavablayaraq 400 bal yığıb.

Musavat.com bildirir ki, Teleqraf.com-a danışan Şəbnəm Novruzova 700 bal toplamağın sirrindən danışıb.

"Məncə, 700 bal toplamaq yüksək səviyyədə çalışmaqdan asılıdır. Əzmlə çalışan bu balı toplaya bilər. Belə bir nəticənin şansla bağlı olduğunu düşünmürəm. 300 bal topladıqdan sonra özümə inamım artdı. 700 bal toplamağı hədəf qoyub, buna nail oldum. Hər fənnə uyğun vaxt ayıraraq, planlı şəkildə hazırlaşdım. Uğurun yarısının inamda olduğunu düşünürəm. Məqsəd uğrunda çalışanda istədiyin nəticəni əldə edə bilirsən. Mən Maliyyə ixtisasına sahib olmaq, transmilli şirkətlərdə çalışmaq istəyirəm. Fikirləşirəm ki, kim əziyyət çəksə, bu nəticəni göstərə bilər. Seçimim ADA Universitetinin Maliyyə ixtisasıdır".

Şəbnəm deyir ki, magistr təhsilini xaricdə alıb, Azərbaycanda fəaliyyət göstərmək istəyir:

"700 bal toplayacağımı gözləyirdim. Cavablar açıqlananda isə sadəcə qürur hissi keçirdim. İmtahanda asan, çətin və orta sualları var idi. Çətin tipli suallar həm məntiq, həm də vaxt tələb edirdi. Belə sualları sona saxlamağı üstün tutdum. Belədə daha çox vaxtım qaldı fikirləşməyə.

Fənlər arasında ən çətini Coğrafiya idi. Məktəbimizin müəllimləri ilə 2 il hazırlaşmışdım. Bir çox sınaq itmahanlarında iştirak etmişdim, buna yaxın nəticə gözləyirdim. Onlarda 680-690 bal toplamışdım".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR