İnsanlara hürriyət, millətlərə istiqlal!

6 nəfər imtahandan xaric edilib

647 06.07.2022 14:41 Təhsil A A

Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

DİM-dən Musavat.com-a verilən məlumata görə, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR