İnsanlara hürriyət, millətlərə istiqlal!

50 milyardlıq dəstək proqramı TƏSDİQLƏNDİ - 4 il ərazində...

838 01.02.2024 15:05 Dünya A A

Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya 50 milyard avro dəstəyi təsdiqləyiblər.

Musavat.com xəbər verir ki, bu barədə liderlər sammitindən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel məlumat verib.

Qeyd edək ki, yaxın 4 ildə Aİ-nin Ukraynaya büdcə yardımını nəzərdə tutan proqram keçən ilin dekabrında təsdiqlənməliydi. Lakin Macarıstan rəhbəri Viktor Orbanın vetosu buna imkan vermədi.

Bu gün Aİ liderlərinin sammitindən Almaniya, İtaliya, Fransa dövlət başçıları və Aİ rəhbərləri V.Orbanla görüşərək, onun mövqeyindən geri çəkilməsinə nail olublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR