İyunun 29-da Ermənistan Daxili İşlər Nazirliyinin 112 Əməliyyat İdarəetmə Mərkəzinə İrəvan-Arazdəyən (Yerasx) avtomobil yolunda, Surenavan kəndinin inzibati ərazisi daxilində avtomobilin yanması barədə məlumat daxil olub. Hadisə yerinə xilasetmə qrupları göndərilib. “Nissan Rogue” markalı avtomobilin içərisindəki yanğını söndürdükdən sonra dörd nəfərin qismən yanmış cəsədini aşkar ediblər.
Musavat.com erməni mediasına istinadən bildirir ki, avtomobildə baş verən yanğında yanıq xəsarətləri alan 4 sərnişin Abovyan sakinləridir.
Onlar gecə saat 03:00 radələrində “Yerkrapa” Könüllülər Birliyinin Abovyan şöbəsindən yola düşərək “X” saylı hərbi hissəyə qohumlarının yanına gediblər.
Ararat (Vedi) rayonunun Surenavan ərazisində baş vermiş hadisə ilə bağlı “səhlənkarlıqdan ölümlə nəticələnən tez alışan və ya tez alışan maddələrin saxlanması, uçotu, daşınması, çatdırılması və ya istifadəsi qaydalarının və ya tələblərinin pozulması” maddəsi ilə cinayət işi başlanıb.
Musavat.com






