İnsanlara hürriyət, millətlərə istiqlal!

Adam Kadırovun yeni macərası – yüksək sürət, telefonla çəkiliş, qoşa xətti kəsmə...

1233 29.06.2026 21:43 Dünya A A

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, respublikanın təhlükəsizlik şurasının katibi, 17 yaşlı Adam Kadırov yol hərəkəti qaydalarını pozduğunu lentə alıb.

Musavat.com xəbər verir ki, video "Diqqətli olun, xəbərlər" Telegram kanalı tərəfindən yayılıb.

A.Kadırov tərəfindən maşın sürərkən lentə alınan görüntülərdə onun saatda 112 kilometrə qədər sürətləndiyi, qoşa xətti kəsib keçdiyi və maşını qarşıdan gələn nəqliyyat vasitələrinin üstünə sürdün sürdüyü görünür. Onun yanında ön sərnişin oturacağında rusiyalı MMA döyüşçüsü Turpal-Əli Edilova bənzəyən biri var.

Bundan əlavə, çəkiliş zamanı təhlükəsizlik şurasının katibi özünün bir əlində telefon tutduğunu, digərini isə yuxarı qaldırdığını lentə alıb. Respublika rəhbərinin oğlu çəkilişə iki canavar başlı emoji ilə əlavə edib.

Videonun harada və nə vaxt çəkildiyini dəqiq demək mümkün deyil. Avtomobilin ön şüşəsindən birmərtəbəli binalar görünür.

Daha əvvəl Adam Kadırov silahlı şəkildə ictimaiyyət qarşısına çıxıb. Çeçenistan liderinin oğlu musiqi mükafatlandırma mərasiminə qoburda daşıdığı tapança ilə qatılıb və orada qalibi elan etmək üçün səhnəyə qalxıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR