İnsanlara hürriyət, millətlərə istiqlal!

35 il əvvəl Ermənistanı dağıdan zəlzələ

1243 07.12.2023 09:19 Dünya A A

35 il əvvəl, 1988-ci ilin 7 dekabrında Ermənistanda ölkənin müasir tarixində ən böyük fəlakət baş vermişdi.

Cəmi 30 saniyə ərzində Spitak şəhəri zəlzələ nəticəsində yer üzündən silinmişdi.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu, güc baxımından Xirosimaya atılan 10 atom bombasının partlaması ilə müqayisə edilə bilərdi.

Dağıdıcı zəlzələ nəticəsində 25 mindən çox insan ölüb, 140 mini əlil olub. Yüzlərlə bina və kilometrlərlə yol dağılıb. Bütün Sovet İttifaqı fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək edib.

O zaman Ermənistanın Azərbaycana və Ermənistanda yaşayan azərbaycanlılara qarşı düşmənçilik siyasəti yürütməsinə baxmayaraq, Azərbaycan zəlzələdən zərər çəkənlərə yardım briqadaları göndərmişdi. Azərbaycan xilasedicilərinin uçduğu İL-76 təyyarəsi Ermənistan səmasında, Leninakan yaxınlığında bilərəkdən qəzaya uğradıldı və nəticədə 77 azərbaycanlıdan yalnız bir nəfər sağ qaldı.

Qeyd edək ki, bu gün Azərbaycanda baş verən zəlzələ Ermənistanda da 3 bal gücündə hiss olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR