İnsanlara hürriyət, millətlərə istiqlal!

33 illik həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını deyən kişi kömək istədi: "Məni xilas edin" VİDEO

978 30.10.2022 01:25 Hadisə A A

33 illik həyat yoldaşı Vesile Erçelik tərəfindən illərdir şiddətə məruz qaldığını deyən Nurullah Erçelik məşhur aparıcı Esra Erolun proqramına müraciət edərək kömək istəyib.

Musavat.com xəbər verir ki, Nurullah Erçelik həyat yoldaşının onu dəfələrlə evdən qovduğunu və daha dözə bilməyəcəyini bildirib.

Həyat yoldaşının ona şiddət tətbiq etdiyini deyən Erçelik sözlərini belə davam etdirib: "Oktyabrın 2-də evə girmək istəyəndə qapını açmadığı üçün başqa yerə getdim. Dava etdiyimiz üçün küçədə qaldım. Evdə olmağımı istəmir. Mən evdən gedən kimi qardaşlarıma zəng vurub xəbər verir. 3 uşağım və qardaşlarım var amma heç kimin yanına gedə bilmirəm. Mübahisə zamanı çiynimə vurub "kişisənsə məni vur” deyir. Mən onu heç vaxt vurmamışam, getməyə yerim yoxdur. Mənə kömək edin”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR