İnsanlara hürriyət, millətlərə istiqlal!

"31 il ərzində orta məktəblərin sayı cəmi 3,7% artıb, bəs hər tikilən məktəblər...." - Ekspertlərdən etiraz

660 24.03.2023 13:53 Son xəbər A A

"1990-1991-ci illərdə ölkədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin, yəni məktəblərin sayı 4268 idi. Üstündən 31 il keçməsinə baxmayaraq onların sayı cəmi 3,7% artıb və 4426-ya çatıb".

Musavat.com xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev deyib.

"Yəni belə çıxır ki, cəmi 158 məktəb tikilib. Halbuki belə təəssürat yaranır ki, hər il ölkədə yüzlərlə məktəb tikilir,  deyə ekspert bildirib. O əlavə edib ki, bu müddətdə tam orta məktəblərin sayı 29,4% artıb:"Amma ibtidai (41,5%) və ümumi orta məktəblərin (32,9%) sayı kəskin azalıb. Yəqin ki, ibtidai və ümumi orta məktəblər tam orta məktəblərə çevrilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəblərinin da sayı azalıb.

Diqqəti çəkən digər məqam kənd və şəhər yerləri arasındakı fərqdir. Artım şəhər yerlərində daha çox olub. Kəndlərdə isə əksinə azalıb. Hər məktəbdə təhsil alan şagirdlərin orta sayında da kəskin fərqlər özünü göstərir".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, son 26 ildə təkcə paytaxt Bakıda 2000- dən artıq yeni coxmənzilli yaşayış binaları tikilib:" Yüz minlərlə də fərdi həyət evləri tikilib. Orta məktəb sayı tam yetərsizdir. Normada 1 sinifdə 15 - 20 şagird oxumalıdırsa, hal hazırda əksər siniflərdə 35 - 40  şagird təhsil alır. Və nəticə də göz önündədir. Əziyyətini həm biz valideyinlər cəkirik, həmdə övladlarımız. Uşaqlar hər gün dərsdən cıxır, yenidən müəllim yanına hazırlığa gedir".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR