İnsanlara hürriyət, millətlərə istiqlal!

285 yaşlı limon hərracda fantastik məbləğə satıldı

1414 01.02.2024 19:00 Dünya A A

İngiltərədə 285 yaşlı limon hərracda satılıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "UPI" nəşri məlumat yayıb.

Alıcı bunun üçün 1780 dollar ödəyib.

"Brettells" hərrac evinin əməkdaşlarının məlumata görə, bir ailə onlara bir vaxtlar qohumlarına məxsus olan 19-cu əsrə aid şkaf gətirib.

Mütəxəssis onu hərraca çıxarmaq üçün əşyanın şəklini çəkərkən qutulardan birinin arxasında limon görüb.

Limonun üzərində 1739-cu il noyabrın 4-də Miss Baxsterə verildiyi yazısı olub.

Meyvənin də tarixi dəyəri olduğuna qərar verən hərrac evi onu da hərraca çıxarıb.

Bir alıcının limon üçün 1780 dollar ödədiyi və hərracın qalibi elan edildiyi bildirilir. Dolab isə cəmi 40 dollara satılıb.

Sitrus meyvəsinin yeni sahibi onunla nə etməyi planlaşdırdığını açıqlamayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR