İnsanlara hürriyət, millətlərə istiqlal!

28 yaşlı fəhlə işlədiyi zavodda öldü

626 13.03.2023 14:09 Hadisə A A

Abşeron rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Musavat.com rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 11-i saat 03 radələrində rayonda yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR