İnsanlara hürriyət, millətlərə istiqlal!

“27 il dözdüm, indikilər heç 1 il dözmür” - “Elit star” Cəmilə - VİDEO

1402 06.07.2024 21:27 Şou-biznes A A

“Elit star” Cəmilə (Cəmilə Hüsüyeva) açıqlaması ilə diqqəti üzərinə çəkib.

Musavat.com Yenisabah.az-a istinadən xəbər verir ki, “Nigar xanım” verilişində qonaq olan sənətçi kişi və qadın hüquqlarından danışıb, onların eyni olmadığını dilə gətirib:

“Qadınla kişinin hüququ bərabərdir" fikri absurddur. Heç vaxt hüquqlar bərabər ola bilməz. Biz kişilərlə bir yerdə işə gedib-gələ, veriliş apara bilərik. Əgər hüquqlar bərabərdirsə, niyə qadınlar əsgər getmir?”

O, boşanmalar barədə də danışıb:

“O vaxt qadın ərə getdisə, boşanmaq söhbəti yox idi. Mən özüm 27 ildən sonra boşanmışam. İndikilər ərə gedir, 1 ay sinra boşanır. Xasiyyətimiz düz gəlməsə də, dözdüm. O vaxt rəhmətlik anam mənə dedi ki, ortada 2 uşaq var, onlara görə dözməlisən, yoxsa sabah məhəllədə, məktəbdə o uşaqlara pis baxacaqlar, onlar yarımçıq böyüyüəcək. Dedi, qoy uşaqlar böyüsün, evlənsin, sonra xoşun gəlmirsə, evinizi ayırarsınız.

Mən bu fikirlə razılaşdım, onlar böyüdü, əsgərliyə getdi-gəldi, ikisinin də toyunu etdim. Ondan sonra ərimə dedim ki, öz evin var, bu sənin evinin açarları, bu da paltarların, götür, get o biri arvadının yanına.

Biz gözəl ayrıldıq, mədəni şəkildə boşandıq, indi də uşaqların, nəvələrin ad günündə görüşürük, salam-sağolumuz var, hörmətlə, izzlətlə yollarımızı ayırmışıq. Mən 27 ildim dözdüm, indi heç 7 ay belə dözmürlər, 3-5 aydan sonra xasiyyətimiz düz gəlmir deyib uşaqla bir yerdə gedirlər analarının evinə”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR