İnsanlara hürriyət, millətlərə istiqlal!

26 yaşlı aktrisa faciəli şəkildə öldü

1361 05.11.2022 21:39 Hadisə A A

Avstraliyalı aktrisa Erika Xoy avtomobil qəzası nəticəsində vəfat edib.

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, hadisə 26 yaşlı aktrisa aktyorluq məşqindən qayıdarkən baş verib.

Onun avtomobili yük maşınına çırpılıb. Qəzanın ardınca sükan arxasında əyləşən 38 yaşlı Karli Eylin Riçards qaçmağa cəhd göstərib.

O, polis tərəfindən saxlanılıb və təhlükəli avtomobil idarə etmək, hadisə yerini tərk etməyə cəhd də daxil olmaqla üç maddə ilə ittiham olunub. Buna baxmayaraq, Karli hüquq-mühafizə orqanlarına hadisənin təfərrüatlarını verməkdən və maşını idarə edənin özü olduğunu təsdiqləməkdən imtina edib.

Avtomobildə aktrisanın əkiz bacısı Liza və sevgilisi də olub. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR