Meksika mətbuatı Dünya Çempionatı ərəfəsində Arda Gülər haqqında tərif dolu fikirlər səsləndirib.
Musavat.com xəbər verir ki, “enfoquenoticias.com” saytında dərc olunan məqalədə gənc ulduzun Türkiyə millisinin taleyini dəyişə biləcək xüsusi oyunçulardan biri olduğu vurğulanıb.
Məqalədə qeyd olunub:
“Hücumameyilli yarımmüdafiəçi yalnız ölkəsinin ən böyük istedadlarından biri kimi deyil, həm də dünyanın ən nüfuzlu futbol turnirində Türkiyənin taleyini dəyişə biləcək oyunçu kimi ön plana çıxır. O, yalnız seçilmiş futbolçulara xas olan fitri bir qabiliyyətə malikdir – oyunu hamıdan bir saniyə əvvəl görə bilir.
Onun yüksək oyun zəkası yarımmüdafiədəki fiziki çətinlikləri kompensasiya edir. Arda yarımmüdafiə ilə hücum xətti arasında ideal əlaqə yaradır. Müasir futbolda boş sahələrin getdikcə azaldığı bir dövrdə onun dar məkanlarda top idarəetmə bacarığı komandaya nəfəs verir. Zərif texnikası sayəsində rəqib müdafiənin təzyiqindən rahatlıqla çıxmağı bacarır. Sol ayağı isə sanki bir sənət əsəridir. Güclü və dəqiq zərbələri ona həm mükəmməl ara ötürmələr verməyə, həm də uzaq məsafələrdən zərbələr endirməyə imkan yaradır”.
Musavat.com






