İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ildə ən bahalı daşınmaz əmlakı onlar alıb

968 07.02.2024 22:10 Dünya A A

Müğənni Beyons və reper Cey Zinin yeni aldığı evin Ceff Bezosun malikanəsindən baha olduğu ortaya çıxıb. Cütlük Amerikanın Realtor.com portalının tərtib etdiyi 2023-cü ilin ən bahalı daşınmaz əmlak əməliyyatları reytinqində birinci olub.

Ulduz cütlük və Amazon-un qurucusu ilə yanaşı, siyahıya avtomobil maqnatları Terri Taylor, eləcə də Maykl Kantanuççi daxil edilib. Keçən il onlar müvafiq olaraq 76 milyon və 170 milyon dollar dəyərində əmlak alıblar. “Estee Lauder” ətir və kosmetika imperiyasının varisi Uilyam Lauder Floridada dəbdəbəli malikanə üçün 155 milyon dollar ödəyib.

Beyons və Cey Zi Darien şəhərində 240 min kvadratmetrdən çox sahəsi olan xüsusi bir adanın müqaviləsi Kaliforniya üçün rekorda çevrilib. Alış cütlüyə 200 milyon dollara başa gəlib. Evlə yanaşı, məşhurlar mülkün keçmiş sahibi Uilyam Bell Jr-ın topladığı sənət əsərlərinin şəxsi kolleksiyasını da əldə ediblər. İlkin olaraq malikanənin dəyəri 295 milyon dollar olub.
 
Bezos beş ay ərzində “milyarderlər üçün bunker”də iki qonşu mülk almağa müvəffəq olub. Media maqnatı onlar üçün 79 milyon dollar və 68 milyon dollar ödəyib. Milyarder bununla dayanmaq fikrində deyil.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR