İnsanlara hürriyət, millətlərə istiqlal!

20 il əvvəl, bu gün: azərbaycanlıların da şahid olduğu terror

2497 23.10.2022 17:26 Gündəm A A

2002-ci ilin oktyabrın 23-də Rusiya bu xəbərlə sarsıldı: “Dubrovkadakı Moskva Teatr mərkəzində  çeçen yaraqlıları 916 nəfəri girov götürüb”. Movsar Barayevin başçılıq etdiyi, aralarında qadınların da olduğu döyüşçülər odlu silahlar və partlayıcı qurğularla “Nord Ost” müzikilinə baxmaq üçün gələnləri girov götürməyə müvəffəq olmuşdular. Terrorçuların Rusiya rəhbərliyi qarşısında qoyduğu  tələblər isə bunlar idi:  Moskva dərhal Çeçenistandakı hərbi əməliyyatları dayandırmalı və Rusiya qüvvələrini respublikadan çıxarılmalıdır. 

Hadisədən dərhal sonra Movsar Barayevin başçılıq etdiyi çeçen döyüşçülər ilə danışıqlar başladı. Terrorçular öncə girovlar arasında olan xarici vətəndaşları azad etməyə söz verirlər. Beləliklə, pasportların yoxlanılması başlanıldı. Terrorçular “Nord Ost” müziklinə baxmağa gəlmiş əcnəbi, qadın və müsəlmanlar arasından 15 uşaq və bir o qədər adamı sərbəst buraxır. Bu arada Bakıda da xəbər yayıldı ki, tamaşada iştirak edənlər arasında hələ də vəzifədə olan bir məmurun xanımı da var. Ümumilikdə isə terrorçular 4 Azərbaycan vətəndaşını azad etdilər.

00-31.jpg (40 KB)

Danışıqlara ilk olaraq Çeçenistanın Dövlət Dumasındakı deputatı Aslambek Aslaxanov qoşulur, terrorçuların rəhbəri ilə danışır, lakin heç bir nəticə əldə edilmir. Bir müddət sonra terrorçular daha 41 nəfəri azad edir. Müğənni İosif Kobzon, Dövlət Dumasının o zamankı vitse-spikeri İrina Xakamada, deputat Qriqori Yavlinski, jurnalist Anna Politkovskaya, İnquşetiyanın o zamankı prezidenti Ruslan Auşev, ölkənin baş uşaq həkimi Leonid Roşal və Rusiya Sənaye-Ticarət Palatasının sədri Yevgeni Primakov terrorçularla danışıqlar aparmaq üçün teatr binasına gəlirlər. Onlar ümumilikdə 75 nəfər girovun, əsasən də azyaşlı uşaqların azad olunmasına və içəridə qalan girovlara tibbi yardım göstərilməsinə nail oldular.

Rusiya rəhbərliyi 48 saat sonra terrorçularla bundan sonrakı danışıqların faydasızlığını görüb oktyabrın 26-da qəti qərar verdilər. 

Binanın ətrafından ventilyasiya vasitəsilə binaya yuxu gətirən qaz buraxıldı. Bundan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları binaya girdi. 

d93e9346b8d196628a5c2672344932f6.jpg (269 KB)

Hadisə nəticəsində 130-dən çox mülki və qeyri-mülki vətəndaş həlak oldu. 2002-ci ildə tabutlar 35 şəhərə daşınıb, sağ qalan girovlar isə 42 şəhərə səpələnib. 

Oktyabrın 26-da saat 10.00-dan 12.00-dək Dubrovkadakı Teatr Mərkəzində faciəli hadisələrin 20-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçiriləcək. Səmaya 130 ağ şar buraxılacaq. Rekviyem konserti və anım mərasimi keçiriləcək.

2002-ci ildə Dubrovkadakı Teatr Mərkəzində baş vermiş terror aktı haqqında heç nə bilməyən bütöv bir nəsil yetişib...

Orxan ƏLİYEV, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR