İnsanlara hürriyət, millətlərə istiqlal!

2 aya evlənəcəkdi - Avtobus gözləyən 23 yaşlı qadın bədbəxt hadisə nəticəsində ÖLDÜ FOTO

1532 30.10.2022 00:33 Hadisə A A

Türkiyədə mikroavtobus gözləyən gənc qadının başına elektrik dirəyi aşıb.

Musavat.com xəbər verir ki, ağır yaralanan qadın aparıldığı xəstəxanada 8 gün sonra həyatını itirib.

Türkiyenin Adıyaman vilayətinin Kahta qəsəbəsində baş verən qəzada Əhməd M.-nin idarə etdiyi “Fiat” markalı 02 ACN 169 dövlət nömrə nişanlı avtomobil sürücüsünün idarəetməni itirməsi nəticəsində elektrik dirəyinə çırpılıb. Sürücü Əhməd M. qəzadan yüngül xəsarətlərlə xilas olsa davurduğu elektrik dirəyi dayanacaqda mikroavtobus gözləyən Esra Fıratın başına düşüb.

Ağır yaralanan qadın hadisə yerinə çağırılan sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra Kahta Dövlət Xəstəxanasına aparılıb. Daha sonra Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına köçürülən 23 yaşlı Esra Fırat xəstəxanada 8 gün sonra həyatını itirib.

Ekspertiza üçün morqa aparılan gənc qadının cəsədinin əməliyyatlar tamamlandıqdan sonra torpağa tapşırılacağı öyrənilib. Nişanlı olan Esra Fıratın 2 aydan sonra evlənəcəyi də bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR