İnsanlara hürriyət, millətlərə istiqlal!

1923-cü ildən başladılan “geosiyasi oyun”un biabırçı sonu - deputatın yazısı

476 20.09.2023 20:12 Siyasət A A

Azay Quliyev: "Bu gün həm də Əli Kərimli kimi milli dönüklərin və xaricilərin əlində alətə çevrilənlərin utanc günüdür"


20 sentyabr 2023-cü il. Bu gün, 7 iyul 1923 -cü ildə Qarabağda qondarma muxtar vilayətin süni şəkildə yaradılması ilə başladılan və düz, 100 il 2 ay 13 gün davam edən, Azərbaycan xalqına ən müxtəlif faciələr yaşatdıran erməni faşizminə, xəstə “miatsum” ideologiyasına və beynəlxalq güclərin oynadığı geosiyasi oyunlara birdəfəlik son qoyulan gündür.

Bu gün, Prezident İlham Əliyevin məharətlə hazırladığı və qətiyyətlə həyata keçirdiyi anti-terror tədbirlərinin hədəfinə çatdığı gündür.

Bu gün, etnik separatizmin və işğalın nəticəsi olaraq Qarabağda qurulan oyuncaq rejimin 23 saat 38 dəqiqə içərisində necə məhv edilməsinin dünyaya nümayiş olunduğu gündür.

Bu gün, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ordusunun qarşısında növbəti dəfə təslim olduğu, diz çökdüyü, ağ bayraq qaldırdığı və ölkəmizi birdəfəlik tərk etdiyi gündür.

Bu gün, Qarabağın hər yerində Azərbaycanın konstitusyon quruluşunun bərpa olunmağa başlandığı gündür.

Bu gün, “Zəfər Günü”nü tamamlayan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, Azərbaycan Ordusunun və qəhrəman Şəhidlərimizin tarixin şərəfli səhifəsinə adlarını qızıl hərflərlə bir daha yazdırdığı şərəfli gündür.

Bu gün, Qarabağ uğrunda canlarını fəda edən bütün Şəhidlərimizin ruhunun şad olduğu və tam rahatlıq tapdığı gündür.

Bu gün, həm də “İlham Əliyev torpaqlarımızı işğaldan azad edə bilməz, Rusiyanın qorxusundan Qarabağdakı erməni separatçılarını zərərsizləşdirə bilməz, Xankəndində, Xocavənddə, Xocalıda, Əsgəranda və Ağdərədə Azərbaycanın yurisdiksiyasını bərpa edə bilməz” deyən Əli Kərimli kimi milli dönüklərin və xaricilərin əlində alətə çevrilənlərin utanc günü, Azərbaycan xalqından, şəxsən, Prezident İlham Əliyevdən üzr diləməyə və siyasətdən birdəfəlik getməyə borclu olduğu gündür.

Azay Quliyev, millət vəkili

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR