İnsanlara hürriyət, millətlərə istiqlal!

17 yaşlı gənc keçmiş müdirini məsciddən çıxarkən GÜLLƏLƏDİ

1172 02.01.2023 00:27 Kriminal A A

Türkiyədə məsciddən çıxarkən keçmiş müdirini öldürən 17 yaşlı gənc gətirildiyi məhkəmə tərəfindən həbs edilib.

Musavat.com xəbər verir ki, Türkiyənin Bursa şəhərində baş verən hadisədə gəncin qətl törətməsinə səbəb kimi keçmiş müdirindən pulunu ala bilməməsi olduğu öyrənilib.

İddiaya görə, şübhəli şəxs 17 yaşlı A.İ. məscidə gələn Cafer Aydını çıxışda gözləməyə başlayıb. Gənc oğlan 65 yaşlı kişini məsciddən çıxarkən tapança ilə 6 dəfə atəş açaraq yaralayıb. Güllələr Cafer Aydının ayağına və sinəsinə dəyib. Ağır yaralanan Aydın təcili yardım maşını ilə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə yerindən qaçan şübhəli A.İ. tapançası ilə məsciddən 800 metr aralıda yaxalanıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR