İnsanlara hürriyət, millətlərə istiqlal!

16 yaşlı Adam Kadırov daha bir medal qazanıb

1014 07.02.2024 12:25 Dünya A A

Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam daha bir medal alıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin rəhbəri Maqomed Daudovun Telegram-da yaydığı videoda bəhs edilir.

Videoda görünür ki, Adam Kadırovun Dubayda keçirilən “SWAT Challenge” xüsusi təyinatlılar yarışmasının qaliblərinin mükafatlandırılması mərasimində iştirak edir. Görüntülərdə region rəhbərinin oğlunun təşkilatçılar tərəfindən boynuna qızıl medal asıldığı görünür. O, Rusiyanı təmsil edən və yarışlarda mükafatlandırılan “Axmat” komandasının heyətində, komandanın kapitanı imiş kimi fəxri kürsüyüğə birinci qalxır.

Videomaterialı yayan Daudov Çeçenistan rəhbərinin oğlunun komandanı dəstəklədiyini izah edib. “Axmat” birinci yeri tutaraq müsabiqənin qalibi olub.

2023-cü ildə Adam Kadırov bir sıra orden və medallarla, o cümlədən “Çeçenistanın milli qəhrəmanı” fəxri adıyla, Rusiyanın “Əmək şücaəti” ordeni və “1-ci dərəcəli Rusiya xüsusi təyinatlı qüvvələr universitetinin inkişafına töhfəyə görə” medalı ilə təltif edilib. Bundan başqa, o, təcridaxanada saxlanan jurnalist Nikita Juraveli döydüyünə görə qonşu muxtar respublikaların – Tatarıstanın, Qaraçay-Çərkəzin, Kabardin-Balkariyanın ordenlərinə də layiq görülüb.

Kremldən Kadırovun oğlunun dövlət mükafatları alması barədə heç nə bilmədikləri bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR