İnsanlara hürriyət, millətlərə istiqlal!

16 yaşında qətlə yetirilən Turanın bacısı danışdı: Yarışdan bir gün öncə... - VİDEO

990 18.12.2022 14:13 Kriminal A A

Olimpiya kompleksində qətlə yetirilən 16 yaşlı idmançı Turan Rüstəmovun bacısı Gülsüm Rüstəmova qardaşı ilə bağlı xatirələrini bölüşüb.

Musavat.com xəbər verir ki, Gülsüm Rüstəmova MTV-yə açıqlamasında mərhum qardaşının çox mehriban və gülərüz olduğunu və onunla xoş günlər keçirdiyini dilə gətirib.

Qeyd edək ki, Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmov ötən ay Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qətlə yetirilib. Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Turan Rüstəmova bıçaqla xəsarət yetirərək qətl törətməkdə şübhəli bilinir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR