İnsanlara hürriyət, millətlərə istiqlal!

11 ildən sonra bir İLK yaşandı - Çavuşoğlu İLGİNC DETALLARI açdı

1941 20.03.2023 16:55 Son xəbər A A

2 gün əvvəl son 11 ildə Türkiyə XİN başçısının Misirə ilk səfəri baş tutdu.  

Musavat.com-un "Milliyet"ə istinadən xəbərinə görə, bu səfərlə Türkiyə-Misir münasibətlərində yeni səhifə açılıb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu mediaya misirli həmkarı Semih Şükri ilə keçirdiyi görüşün bəzi detallarını açıqlayıb. Nazir "Səmimi və gözəl bir görüş keçirdik", - deyə bildirib.641593b7b5629641593b7b562a1679135671641593b7b5624641593b7b5627.png (1018 KB)

Çavuşoğlu misirli həmkarı ilə xüsusilə regional məsələlərlə bağlı açıq və aydın fikir mübadiləsi aparıldığını, nümayəndə heyətləri arasında keçirilən görüşdə hər bir məsələnin müzakirə edildiyini vurğulayıb:

"Enerji və nəqliyyatdan tutmuş, Misirə yatırdığımız investisiyalara qədər, təhsil və mədəniyyət kimi bütün mövzulara toxunduq. Misir tərəfi türk şirkətlərinin investisiyalarını artırmasını istəyir. Ticarətimiz 10 milyard dollara yaxınlaşıb".

Misirli həmkarını Ankaraya dəvət etdiyini deyən Çavuşoğlu "Ölkələrarası münasibətlərdə əsas dönüş nöqtəsi Prezident Rəcəb Tayyib Ərdoğanın Dohadakı görüşü oldu. Diplomatik əlaqələrimizi maksimuma çatdırmaq üçün razılaşdıq. Önümüzdəki dövrdə hansı addımları atacağımızı dəyərləndirdik", - deyə bildirib.

Mövlud Çavuşoğlu təhlükəsizliklə bağlı məsləhətləşmələrin aparıldığını da əlavə edib.

Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədikdən sonra İsveçin münasibətində dəyişiklik olub-olmaması ilə bağlı suala Çavuşoğlu belə cavab verib:

"Ötən cümə İsveçin xarici işlər naziri ilə görüşdüm. Finlandiya ilə bağlı belə bir qərarı açıqlayacağımızı, onların bunu ilk olaraq bizdən eşitmələrini, ikitərəfli münasibətlərimizə verdiyimiz önəmə və onlara hörmətimizə görə mediadan eşitmələrini istəmədiyimizi söylədim. İsveç XİN rəhbəri bildirdi ki, ümid edirəm, NATO sammitinə qədər bizim məsələ də həllini tapar. Mən isə "bu, sizdən asılıdır" dedim".

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR