İnsanlara hürriyət, millətlərə istiqlal!

10 mindən çox vətəndaş kriptovalyuta almaq istədi, aldadıldılar - Məhkəmə işi

722 22.12.2022 18:40 Kriminal A A


Bakı Ağır Cinayətlər Məhkəməsində  Xəyal Yaxyayev,  Gülar Abdullayeva və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edib. Bu şəxslər dələduzluqda təqsirləndirilirlər. Bu iş üzrə zərərçəkmişlərin sayı 217 nəfərdir. Bu, dəstə tərəfindən aldadıldıqları iddia olunan siyahıdakı zərərçəkmişlərin çox az qismidir. Eyni iş üzrə və eyni adamların aldatdığı minlərlə insanın ərizələri hələ də istintaq orqanları tərəfindən araşdırılır və hissə-hissə məhkəməyə göndərilir.

İttihama görə, dəstə üzvləri dələduzluqlarını kriptovalyuta satmaq adı altında ediblər. Baş İdarə əməkdaşlarının Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri Gülara Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər. Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar. Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.

Təqdim edilən faktlarla bağlı G. Abdullayeva, X. Yaxyayev və  Y. Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq), 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) , 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb. 

Hazırlıq iclasında təqsirləndirilən şəxslər hakimə etiraz etsələr də, əsaslandırmadıqları üçün vəsatətləri təmin olunmayıb. Hakim məhkəmə baxışını dekabrın 28-nə təyin edib.

E.Məmmədəliyev,
Binance.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR