İnsanlara hürriyət, millətlərə istiqlal!

10 gündür işıqsız qalan sahibkarlardan ŞİKAYƏT - RƏSMİ AÇIQLAMA

946 11.07.2023 13:13 Gündəm A A

Bakı şəhəri, Qara Qarayev prospekti 94-104 ünvanlarında yerləşən obyektlər 10 gündür ki, işıqsız qalıb.

Bu barədə Musavat.com-a həmin ərazidə yerləşən obyektlərin sahibkarları məlumat verib.

Onlar bildirib ki, elektrik xəttində baş verən partlayış nəticəsində ərazi 10 gündür elektriksiz qalıb:

“10 gündür ki, qaranlıqda qalmışıq. Problemlə bağlı “Azərişıq” ASC-yə, Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə müraciət etsək də, səsimizi eşidən yoxdur. Ölkə Prezidentinin xüsusi tapşırığı əsasında sahibkarlara xeyli xüsusi güzəştlər edilir, çünki vergilərin verilməsində bizim də rolumuz var. Amma bəzi qurumlar, səlahiyyətli orqanlar bizi bu cür pis vəziyyətə salmaqla narazı kütlənin yaranmasına səbəb olurlar”.

Sahibkarlar yaranan nasazlığın aradan qaldırılması üçün pul vəsaiti topladıqlarını da bildiriblər:

“Problemin aradan qaldırılması üçün lazım olan xərci ödəməyə də hazırıq, bunun üçün 15 min manat vəsait toplamışıq. Bütün bunlara baxmayaraq, səlahiyyətli qurumlar məsələyə biganə yanaşır, onun həllinə çalışmaq istəmirlər”.

Musavat.com məsələ ilə bağlı “Azərişıq” ASC-nin mövqeyini öyrənməyə çalışıb. Qurumdan yaranmış problemin tezliklə aradan qaldırılması istiqamətində tədbirlər görüldüyü bildirilib.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR