İnsanlara hürriyət, millətlərə istiqlal!

1 güllə ilə 2 dovşan: Ermənistan çalxalanır - morqları dola bilər (VİDEO)

3506 27.08.2022 22:03 Yazarlar A A

Günüm 11:18-ə qədər standart keçib.

Qalibiyyət qoxulu tvit gələnədək...

"Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"

a93a9adb-083f-341d-97dc-83206e06e2d3_850.jpg (38 KB)
 
2020-dən bu yana özləmişdim, bu gün bunu daha dərindən anladım.

Dünyanın belə özünə düşmən kəsildiyi, körpələrin, qocaların can verdiyi qanlı savaşlarla baş-başa yaşadığımız bir zamanda bundan ürəkaçan xəbər olarmı?

Bu gün nəfəsim daha da genişləndi. Bu gün biz bir yumruq olmağı yenidən bacardıq. Vətənim Laçın qoxur. Bu dəfə bir güllə ilə iki dovşanı – erməni terrorçularını və onlara hamilik edən sülhməramlıları vurmuşduq. Nəfəsimlə yanaşı, Xankəndiyə, Xocalıya aparan yolumuz genişləndi. Həmin yol varlığımın cilası – üçrəngli gözəlim bayrağıma bürünəcək tezliklə.

Günə kölgə salmağa çalışanlar da oldu. Amma bu dəfə də üzüqara çıxdılar. Alınmadı, alınmayacaq. Bu xalq vətənpərvərlə vətənşüvəni yaxşı seçə bilir çünki. Sülh quşları kimi ortalıqda pərvaz edənlər indi savaş istəyir. Keçəl dərman bilsə, öz başına çəkər. Yoxsa qrant bazarı uğrunda yeni savaş açmısınız, bixəbərik? Hə, o savaşı öz aranızda aparın, bəlkə əlinizə nəsə keçə. Xalqa toxunmayın, xalqın qəzəbi betər olur. Bu arada Röyanın sözləri yadıma düşdü: "Yanımda bir nəfər ağıllı adam yoxdur. Çünki rəis özü dəlidir". Əks cəbhələrdə olsanız da, sanki boyunuza ölçülüb Xalq artistimizin kəlimələri.

Günün rəngli xronologiyası...

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı instaqram səhifəsində paylaşım etdi. Birinci xanım doğum günündə ən gözəl hədiyyəni almışdı.

instagram_260822.jpg (106 KB)

Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə etdi.

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı yaydığı bəyanatda bildirdi ki, Türkiyə indiyə qədər olduğu kimi, qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək.

d3a40381-aec5-31d6-afac-54e15dbb5702_850.jpg (139 KB)

Azərbaycan Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi Adil Əsədov müvəqqəti komendant təyin olundu.

Başda Yevgeni Mixaylov olmaqla bir çox rusiyalı politoloqlar etiraf etdilər ki, Laçın şəhərinin Azərbaycanın tam nəzarətinə keçməsi böyük uğurdur.

Bəs laçınlılar hansı hissi yaşayır?

Sus kəndinin sakini Səriyyə Ağayeva: "Biz Susdan çıxmaq məcburiyyətində qalanda mənim 25 yaşım var idi. Düz 30 il idi ki, torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyirdik. Biz bu sevincimizi Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və müzəffər ordumuza borcluyuq".

1e7c2baf-d26e-38c8-84e2-67b9e7d41ab6_850.jpg (99 KB)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, zabuxlu Gündüz İsmayılov: "Zabuxdan çıxanda 10 yaşım vardı, indi oğlumun 10 yaşı var".

b7827258-fecf-3ca1-a97e-62af8cb46392_850.jpg (88 KB)

"Laçın yurdu" jurnalının baş redaktoru Arif Məmmədli: "Bundan sonra ermənilər arasında böyük ruh düşkünlüyü hökm sürəcək və onlar ərazilərimizlə bağlı xülyalarını unudacaqlar".

c3f931ba-fdd9-3ccb-bac0-092c030d0c81.jpg (359 KB)
 
QƏLƏBƏ altında sınan ermənilər

Əliqanlı, insanlıqdan xəbərsiz çaqqal sürüsü Laçındakı cır-cındırını yandırıb ordan çıxmaqla öz aləmində bizdən qisas aldı. Halbuki biz onların başını 44 günlük savaşda Dəmir Yumruqla əzmişdik. Gördük ki, əzilməkdən orqazm olurlar, 3 avqustda QİSAS-la qisasımızı bir daha aldıq. QİSASIMIZ seriyalıdır, meydanda at oynatmağa cəhd etməyin ki, morqlarınız dolmasın!

Kilsələri qarət edin, bəlkə gözünüz, qarnınız doya. Videonuzu özünüzdən olan, İrəvanın meri postuna namizədliyini irəli sürən Natalya Rotenberq yayıb. 2020-dən bu yana artırmısınız az da olsa, əvvəl unitaz, indi də xaçkar.


 
Tanrı bizə yar oldu!

Ay Allah, zülm eyləmə daha, (Səsini eşitdi)

Ürək dözmür naləyə-aha, (dözmədi)

Özüm gedəmməsəm səsim dağlara (səsi Laçından gəlir)

Həsrətli, kədərdi Laçınım mənim. (Laçın hamımızın – qovuşdun, ruhun şad olsun!)

3c9f6bfd2895e9bf61b7f32cd6b5b466.jpg (221 KB)

"Laçınım" 1998-ci ildə doğuldu, 24 yaşında arzusuna çatdı. Bu gün bir Məhəbbət günü. Hə, ayrılığa tab gətirə bilmədi, ömrünün 22 ilini Laçın həsrəti ilə yaşayıb 2014-cü ilin 27 yanvarında gözlərini əbədi yumdu. Gedənə qədər də dedi ki, "Laçınım"ı toyda oynamağa yazmamışam. Bu gün demək olar ki, 10 milyon Məhəbbətin ruhuna dua oxudu. "Laçınım"ın notları kədərdən çıxdı. Mahnı sümüyümüzə düşdü. Məhəbbət Kazımov yaşasaydı, bəlkə də Osman Alovluya deyərdi ki, mahnının sözlərinə bir az əl gəzdir, yenidən oxuyum.

Bizə şadlıq yaraşır!

Aytən Novruz

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR