Prezident Volodimir Zelenski və Fransa lideri Emmanuel Makron Ukraynaya hərbi yardımın gücləndirilməsi barədə “tarixi saziş” imzalayıblar.
Musavat.com xəbər verir ki, sazişin imzalanma mərasimi Ukrayna Prezident Administrasiyası tərəfindən canlı yayımlanıb.
Sazişin məqsədi Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirməkdir və o, Kiyevə dördüncü nəsil “Rafale” qırıcılarının, həmçinin SAMP/T hava hücumundan müdafiə sisteminin verilməsini nəzərdə tutur.
Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna Fransadan 100-ə qədər “Rafale” qırıcısı sifariş etməyi planlaşdırır.
Bu arada Rusiya qoşunları Xarkov vilayətindəki Dvureçanske, Donbasdakı Platonovka və Dnepropetrovsk vilayətindəki Qay ərazilərinə nəzarəti ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Platonovka "Cənub" qüvvələr qrupunun bölmələri, Qay "Şərq" qüvvələr qrupunun bölmələri və Dvureçanske "Şimal" qüvvələr qrupunun bölmələri tərəfindən ələ keçirilib.
Rusiya Ukraynada hərbi əməliyyatlarına 24 fevral 2022-ci ildə başlayıb.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə müzakirə edir.






