İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Qazaxıstanda təyyarə QƏZASI - Ölənlər var FOTO

2060 17.08.2025 21:12 Son xəbər A A

Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Musavat.com zakon.kz-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Qəzaların Araşdırılması Departamentinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, uçuşu zamanı yüngül mühərrikli "Aerostar R40F UP-LA229" təyyarəsi qəzaya uğrayıb. Aviasiya qəzalarının araşdırılması qaydalarına uyğun olaraq, komissiya yaradılıb.

Məlumata görə, qəza nəticəsində bir pilot və bir sərnişin ölüb. Uçuşun özəl reys olduğu bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR