İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK! İsa Həbibbəylinin baldızı oğlu GÜLLƏLƏNDİ

2535 08.12.2025 23:55 Son xəbər A A

Bakıda “Neftçilər” metrosu yaxınlığında ağır cinayət hadisəsi baş verib.

Musavat.com konkret.az-a istinadən xəbər verir ki, həmin ərazidə yaşayan Nicat adlı şəxs öz evində güllələnərək qətlə yetirilib.

Hadisənin təfərrüatları araşdırılır və rəsmi qurumlar tərəfindən hələlik geniş açıqlama verilməyib.

Qətlə yetirilən şəxsin akademik, AMEA-nın prezidenti İsa Həbibbəylinin baldızı oğlu olduğu da iddia olunur. Bu məlumat da hazırda dəqiqləşdirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxsin kimliyi, motivi və hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR