İnsanlara hürriyət, millətlərə istiqlal!

Partlayış da var, alov da - amma "Alov" deyil - yanan haradır?

2187 26.06.2025 23:42 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib.

Musavat.com xəbər verir ki, partlayış Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsində yerləşən "Alov" zavodunda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xidmətləri cəlb olunub.

Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.


Müdafiə Sənayesi Nazirliyi “Alov” Zavodunda partayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” Zavodunda hər hansı partlayış, yanğın baş verməyib.

O zaman sual yaranır: Partlayan, yanan haradır? 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR