Türkiyə sahilləri yaxınlığında alovlanan tankerlərdən birinin ekipajına məxsus SOS siqnalının səs yazısı yayımlanıb.
Musavat.com xəbər verir ki, A Haber tərəfindən yayımlanan audioyazıda həyəcan içində olan ekipaj üzvü ingiliscə belə səslənir: “I need help! Drone attack!” (“Kömək lazımdır! Dron hücumu!”)
Nəşr hansı tankerdən söhbət getdiyini dəqiq göstərməsə də, təsvir edilən məlumatlar Novorossiyskə gedən və göyərtəsində 25 nəfər olan “Kairos” tankerinin göstəricilərinə tam uyğun gəlir.
Qeyd edək ki, Türkiyə sahilləri yaxınlığında Rusiyanın “kölgə donanması”na aid iki tankerdə yanğın baş verib.
A Haber-in məlumatına görə:
SOS siqnalını verən gəmidə 25 nəfərlik ekipaj olub;
Bütün heyət üzvləri artıq təxliyə edilib;
Gəmidə yanğın davam edir;
Hadisənin səbəbi hələlik məlum deyil.
İstintaq çərçivəsində əsas versiyalar kimi dron hücumu, eləcə də dəniz minasının partlaması ehtimalı araşdırılır.
Musavat.com






