İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır

1268 17.11.2025 16:25 Son xəbər A A

Bir neçə ay əvvəl bağlanan “Azadlıq” partiyasının sədri Əhməd Oruc insult keçirib.

Musavat.com xəbər verir ki, bununla bağlı Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib.

Onun sözlərinə görə, Ə.Oruc ürəyində ağrılarla bağlı dünən günorta saatlarında Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. O, institutda olarkən insult keçirib.

Oğlu qeyd edib ki, hazırda atasının vəziyyəti ağırdır və reanimasiyadadır.

Xatırladaq ki, bu ilin iyun ayında siyasətçinin oğlu Günxan Oruc vəfat edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR