Milli Məclisin iclasında Aida Əli qızı Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələyə baxılıb.
Musavat.com xəbər verir ki, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdimatla çıxış edib.
Komitə sədri deyib ki, Aida Hüseyn yüksək peşəkarlığa və uzunmüddətli iş təcrübəsinə malikdir və öz gələcək fəaliyyəti ilə də Naxçıvanda ədalət mühakiməsinin həyata keçirilməsinə mühüm töhfə verəcək, həmçinin hüquq sisteminin inkişafına və məhkəmə fəaliyyətinin daha səmərəli təşkilinə ciddi dəstək olacaq.
Sonra təqdim olunan məsələ üzrə Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova xanım hakimə uğurlar arzulayıb.
E.Paşasoy,
Musavat.com






