İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakılı dünya çempionu beynəlxalq axtarışa verildi

1596 23.05.2026 10:43 Son xəbər A A

Rusiya istintaq orqanları erməni şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, onun haqqında terrorizmə bəraət qazandırmaq maddəsi ilə axtarış qərarı çıxarılıb.

Həmçinin bildirilib ki, Kasparov dövlət çevrilişini planlaşdırmaqda ittiham olunur.

Qeyd edək ki, H.Kasparov karyerasını 2005-ci ildə başa vurub və 2013-cü ildə Rusiyanı tərk edib. Hazırda ABŞ-də yaşayan şahmat üzrə keçmiş dünya çempionu ötən il Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib.

2025-ci ilin dekabrında Moskvanın Zamoskvoreçye rayon məhkəməsi H.Kasparov barəsində ekstradisiya və ya deportasiya halında Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan, yaxud Rusiya ərazisində faktiki saxlanıldığı andan etibarən iki aylıq həbs qətimkan tədbiri seçib. Komi məhkəməsi onunla bağlı qiyabi həbs qərarı çıxarıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR