İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziyafətə lüt qatılan reper Vacioya hərbi mundir geydirirlər - Hərbi xidmətə çağırış

1053 08.01.2024 14:31 Dünya A A

Bloqer-aparıcı Anastasiya İvleyevanın 20 gün öncə Moskvada təşkil etdiyi “çılpaq gecə”yə yalnız corabla qatılan reper Vacio (əsl adı Nikolay Vasiliyev) yanvarın 9-da hərbi komissarlığa çağırış vərəqəsi alıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə o, ictimai xadim və İctimai Monitorinq Komitəsinin üzvü Aleksey Lobarevə bildirib.

Vasilyev bildirib ki, 15 günlük həbs müddəti başa çatdıqdan sonra onu “Belorusskaya” metrostansiyası yaxınlığındakı hərbi komissarlığa aparıblar və orada ona çağırış vərəqəsi veriblər. Nəşr yazır ki, daha sonra gənci profilaktik söhbət üçün polisə aparıblar.

Medianın yazdığına görə, hərbi komissarlıqdakı toplanış gününə qədər sənətçi xüsusi təcridxanada olacaq. Bununla belə, Vasilyev orduda xidmət edə bilməyəcək. Çünki doğulduğu Yekaterinburqun hərbi həkim komissiyası onun hərbi xidmətə yararlı olmadığı barədə rəy verib.

Həbs olunduqdan sonra reper “xırda xuliqanlıq və polis əməkdaşına müqavimət göstərdiyi üçün” yenidən saxlanılıb. İfaçını inzibati həbs və cərimə şəklində cəza gözləyir. Vasilyev qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etdiyinə görə əvvəlki cərimədən şikayət edib (LGBT beynəlxalq ictimai hərəkatı Rusiyada ekstremist təşkilat kimi tanınıb və qadağan olunub).

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR