İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail nəyi düz edir, nəyi yox...

656 03.08.2024 20:38 Yazarlar A A

Biz öz ölkəmizin ərazisində 23 saat davam edən antiterror əməliyyatı keçirdik, hələ də bəziləri üzərimizə hürürlər,  bəs necə olur ki...

İsrailin son bir həftədə Hizbullah liderinin “sağ əli” hesab olunan Fuad Şükürü Livanda, HƏMAS-ın siyasi qadanın rəhbəri İsmayıl Həniyəni isə Tehranda öldürməklə hər iki radikal qruplaşmaya ciddi zərbə vurmuş oldu.   

Livanda mənzillənmiş Hizbullah İsrailin sərhəd bölgələrini hədəf alsa da,   İranın anons etdiyi cavabının necə olacağı hələ məlum deyil. Ayətullah Xamenei “ağır cəza” vəd edib,  “sui-qəsdə cavab xüsusi əməliyyatlar daha şiddətli və cinayəti törədəndə dərin tövbə hissi aşılamaq məqsədi daşıyacaq” deyib.  

1683834255_happylove-top-p-bolshoi-izrail-vkontakte-61.jpg (256 KB)

İsrailin müdafiə naziri  amerikalı həmkarı ilə telefon danışığında “İsrail müharibə axtarmır, amma hər hansı  hücumu dəf etməyə hazır olduqlarını” bəyan edib.  

İsrailin bölgədə hərbi gücü bəllidir, amma onun indi iki-və ya üç təfəfdən (İran, Livan, Yəmən) hücumlara müqavimət göstərə biləcəyi haqda bəzi şübhələr də var.  Çünki indi əsas canlı qüvvələr Qəzzadadır. Görünür, elə bu səbəbdən ABŞ Yaxın Şərqə dörd min dənizçi və dəniz piyadalarından ibarət  12 döyüş gəmisi göndərib. 

992x496.jpg (70 KB)

Amerikanın İsraillə bacarmadığı, daha doğrusu, bu ölkənin baş naziri  Netanyahunun Ağ Evin gərginliyi azaltmaqla bağlı çağırışlarına məhəl qoymaması barədə iddialar “uşaq söhbətinə” bənzəyir. Birinin  övladı tez-tez dava edəndə, hətta qan salanda ata həmişə bu bahənədən istifadə edir: “Nə edim, sözümə baxmır, mən bacarmıram...”  ABŞ-ın İsrailin “sözəbaxmazlığı” haqda dedikləri, əlbəttə, gerçəyə bənzəmir. Vaşinqton və Təl-Əviv siam əkizləri kimidirlər, “onların başı bir-birinə bitişikdir”. Bu gerçəyi  bütün dünya bilir. O səbəbdən Qəzzadakı gühansız insanların ölməsini, hər gün artan müharibə riskini tək “savaş  çıxarmaq xəstəsi” Netanyahunun üzərinə qoyulması dünyanı aldatmaq cəhdidir. 

Amerika şübhəsiz ki, İsraili sonadək dəstəkləyəcək və  üzərlərinə hətta bütün ərəb bölgəsi gəlsə belə, onu nə tək buraxasıdır, nə müdafiəsiz. İsrail əlbəttə, öz dost  və düşmənini seçməkdə, dostları ilə münasibət qurmaqda, düşmənlərini isə gördüyü yerdə öldürməkdə sərbəstdir. Amma bu siyasət onu bölgədə  təhlükəsiz də etmir, əksinə, dünyada  hətta İsrailə normal münasibət bəsləyənlərdən belə fərqli fikirlər yaradır. Yəni bir dövlətin içində xüsusi kəşfiyyat əməliyyatı keçirmək ayrı, bir dövlətin ərazisini kosmik fəzadan hədəfə almaq bir başqa situasiyadır. 

interpress_68ac2ff76eeac2ad728535f4c1023c4a_tfpmk2vj498u05gexnsi.jpg (85 KB)

İranın “nə  mal” olduğunu xüsusilə, Azərbaycanda kiməsə izah etməyə ehtiyac yoxdur. Amma bu ölkənin BMT-də təsdiq edilmiş sərhədləri var, eləcə də Livanın da. Biz öz ölkəmizin ərazisində 23 saat davam edən antiterror əməliyyatı keçirdik, hələ də bəziləri üzərimizə hürürlər. Bəs necə olur ki, İsrail başqa bir dövlətin ərazisini bu cür hədəf ala bilir? İran İsrail adlı dövlətin varlığını qəbul etmir, İsrail də İranı terrorçu, şeytan hesab edir, bu düşmənçilik bəllidir. Amma bu o demək deyil ki, sən tanımadığın( və ya düşmən olduğun) dövləti gedib dağıtmalısan, yer üzündən silmək iddiasına düşməlisən. Düşmənini lap  ölkəsinin ərazisində öldürə bilərsən, amma bunu bu cür kobud üsulla, nümayişkarənə edilməsi dünyaya loru dildə desək, təppəcə gəlməkdir. Güclü dövlət olmağı hamı arzulayar, amma sən bu gücünü  “heç kimdən qorxmuram, heç kimi saymıram” havası ilə edərsənsə, bu  təqdir reaksiyası doğurmaz.  Şəxsi qənaətimi yazıram: İsrailin bu cür “əməliyyatları” dünya düzənini daha da pozan  addım hesab edirəm. HƏMAS ötən ilin öktyabrında İsraildə törətdiyi dəhşəti görəndə də bu terroru pisləmişəm, vəhşilik hesab etmişəm. İsrailin Qəzzada antiteror əməliyyatları onun haqqı idi, amma orda xüsusilə günahsız  uşaqların öldürülməsinə haqq qazandıran varsa, onun   Allahı yoxdur...   

 İsrail özünü müdafiə etməlidir, girovlarının da azadlığı üçün bütün vasitələri kimsə ona qadağan edə bilməz.   Amma özünü bu dərəcədə qanundankənar, məsuliyyətdən azad hesab etmək də olmaz. Hər bir dövlətin özünün qüruru var, onu öz hərbi üstünlüyündən, ya da “day-daylarına” arxayın olaraq aşağılamaq olmaz. 

GettyImages-1719134065-tfocoll-collection-image.jpeg (1.25 MB)

İsrail İkinci Dünya müharibəsində 6 milyon soydaşını itirib, onların müsibətini qəbul etməmək də şeytanlıqdır, insanlıqdankənar əməldir.  İsrail yaranandan sonra vətəndaşları üçün rahat vətən yaratmağı vəd edən dövlətdir,  Azərbaycandan da orada köçüb yaşayanlar var. Amma İsrailin bu cür “ağa nəzərəm, belə gəzərəm” siyasəti    vətəndaşlarının təhlükəsizliyini risk altına qoyur. İsrail bizə dost ölkədir, biz də bu xalqın bir çox nümayəndələri ilə daima iç-içə, heç bir ayrımçılıq olmadan yaşayarıq. Amma hər yer bu cür rahat olmaya bilər. Xüsusilə bu cür  radikal əməliyyatlardan sonra...

İsrail bölgədə sülh yarada biləcək gücdədir, yəhudi xalqı  dinc yaşamağı bəlkə də hamıdan çox haqq edir.   Amma  atəşkəs və regional gərginliyin azaldılması əvəzinə, Netanyahu hökuməti  yenə genişmiqyaslı müharibəni hədəfləyir. Bu bölgə zatən onilliklərdir qan və gözyaşları içindədir. Hamı indi daha genişmiqyaslı müharibə proqnozlaşdırır. Təkcə su deyil, sülh da dünyada “qıtlaşır”  O səbəbdən, yanan odun üstünə su tökənlər yox, benzin tökənlər artır...

Nazim SABİROĞLU, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR