İnsanlara hürriyət, millətlərə istiqlal!

Haniyənin qətli ilə bağlı YENİ FAKTLAR: Binanın eyni mərtəbəsində digər üç otaqda tapılanlar...

778 03.08.2024 18:58 Gündəm A A

İranın paytaxtı Tehranda iyulun 31-də HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı təşkil olunan və ölümü ilə nəticələnən sui-qəsdlə bağlı yeni təfərrüat əldə edilib.

Etibarlı qaynaqlara əsaslanan məlumata görə, İran təhlükəsizlik və kəşfiyyat orqanlarının Haniyənin öldürüldüyü binada apardığı hərtərəfli araşdırmalar zamanı binanın eyni mərtəbəsində daha 3 otaqda partlayıcı qurğular tapılıb.

İranda müharibə veteranları üçün ayrılan "Veteranlar evi" adlı iqamətgahın eyni mərtəbəsində aşkarlanan partlayıcılar təhlükəsizlik baxımından boşluqdan istifadə edildiyini göstərir və Haniyənin otağını dəyişə biləcəyi ehtimalına qarşılıq olaraq nəzərdə tutulan planın bir hissəsi kimi qiymətləndirilir. Həmçinin sözügedən partlayıcıların uzaqdan idarəetmə kilidinə bağlı olduğu iddia edilib.

İsmayıl Haniyənin otağına partlayıcıların yerləşdirilməsində İranın bəzi təhlükəsizlik agentlərinin birbaşa və ya dolayı yolla iştirak etdikləri də iddialar sırasındadır. Sui-qəsd əməliyyatında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində yer alan və İranın yüksəkrütbəli məmurlarının təhlükəsizliyinə cavabdeh olan "Ənsar Əl Mehdi" adlı bölmədəki şəxslərdən istifadə olunduğu təxmin edilir.

İran səlahiyyətlilərinin araşdırdıqları binanın təhlükəsizlik kamerası görüntülərində hazırda şübhəli kimi istintaqa cəlb olunan şəxslərin bir neçə dəqiqə ərzində bir neçə otağa əllərində əşyalarla girib-çıxdıqları əks olunub.

Sui-qəsdi həyata keçirənlərin və onlara yardım edən, "köstəbək" olaraq adlandırılan əlbir şəxslərin hələ də İran sərhədləri daxilində olduğu ehtimal edilir.

İran baş verən hadisənin təhlükəsizliyin gözardı edilməsi ilə bağlı olub-olmadığını araşdırmaq üçün genişmiqyaslı işçi qrupu yaradıb. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR