İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadı ola-ola evlənmək istəyən azərbaycanlının başına OYUN GƏLDİ FOTO

946 03.08.2024 17:28 Dünya A A

Rusiyanın Nijni Novqorod vilayətində Azərbaycan Respublikası vətəndaşı başqa qadınla nikahda ola-ola evlənməyə cəhd edib.

2022-ci ilin avqustunda azərbaycanlı kişi sevgilisi ilə ailə qurmaq niyyəti ilə Dzerjinsk qeydiyyat şöbəsinə ərizə verib. Eyni zamanda o, subay olması ilə bağlı dövlət qurumuna saxta arayış təqdim edib. Əslində o, 2006-cı ildən Azərbaycanda ailə qurub.

Əcnəbi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan cinayətdə - bilərəkdən saxta sənəddən istifadə etməkdə ittiham olunub. Bu il iyulun 30-da azərbaycanlıya 15 min rubl (təxminən 298 manat) cərimə kəsilib.

Həmin şəxsə qarşı cinayət işinə xitam verilib. (lent.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR