İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu da "Qarabağ"la əlaqəli bir xəbər - Çempionlar Liqasına görə

645 03.08.2024 20:16 İdman A A

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Lüdoqorets” (Bolqarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 5-i saat 17:45-də “Azersun Arena”da baş tutacaq.

18:15-də media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi saat 20:00-da, baş məşqçi Georgi Dermendzhievin mətbuat konfransı isə 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Avqustun 6-da keçiriləcək “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq. (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR