İnsanlara hürriyət, millətlərə istiqlal!

Zeynal Nağdəliyev Firdovsi Əliyevi kollektivə təqdim etdi - FOTO

3098 26.10.2023 13:00 Son xəbər A A

Samux Rayon İcra Hakimiyyətinin yeni başçısı Firdovsi Əliyev kollektivə təqdim olunub.

Manset.az-ın əldə etdiyi məlumata görə, onu kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. Firdovsi Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 25-də imzaladığı sərəncamla Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

whatsapp_image_2023_10_25_at_1527211698307909.jpg (29 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR