İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr edib və bu sahəyə böyük töhfələr verib

383 27.04.2024 10:34 Ölkə A A

İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım Əliyevanın anadan olmasından 101 il ötür. Nur mənbəyi olan nurlu xanım ömrünü çox nəcib və xeyirxah bir peşəyə - oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir. Qayğıkeşliyi, nəcibliyi ilə insanların qəlbində özünə əbədi yer qazanan Zərifə xanım Əliyeva tibb elminin ən uca zirvələrinə yüksəlmiş, mənalı həyat yolu keçmişdir. O, görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb və atasının ömür yolu Zərifə xanım üçün əsl həyat məktəbi olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi Ulu Öndər Heydər Əliyevin Zərifə xanım haqqında söylədiyi müdrik fikirləri xatırladıb. Ümummilli Lider deyib ki, Zərifə xanım sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək, əsl insanlıq zirvəsinə yüksəlib. Təbii ki, həyatda belə böyük sevgi qazanmaq, özündən sonra nurlu xatirələr qoyub getmək çox az adamın taleyinə yazılır. Bu xeyirxah missiya Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Bəli akademik məhz belə bir şərəfli ömür sürüb. Zərifə xanım Əliyeva elmin çətin yollarında inamla irəliləyərək zirvələri fəth edib, çox məsuliyyətli, ibrətamiz, nümunəvi həyat yaşayıb.

Ç.Qənizadə deyib ki, XX əsrin 40-cı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Fədakar alim və qayğıkeş ana Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub.

“Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi böyük xüsusiyyətlər cəmləşmişdi. Alimin bu gün də aktual olan elmi araşdırmaları və əldə etdiyi nailiyyətlər bir daha onun uzaqgörənliyini, böyük hədəflərə nail olduğunu sübut edir. Akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzi bu gün qabaqcıl tibb müəssisəsi kimi dünya miqyasında tanınır, Zərifə xanımın adına layiq elmi və praktiki işlər həyata keçirir”, - deyə Ç.Qənizadə əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR